Bu gün Bakı Dövlət Universitetində (BDU) görkəmli alim, tanınmış ictimai xadim, elm və təhsil təşkilatçısı, Diferensial və inteqral tənliklər kafedrasının yaradıcısı, AMEA-nın müxbir üzvü, fizika-riyaziyyat elmlər doktoru, professor Qoşqar Əhmədovun 100 illik yubileyinə həsr olunmuş elmi konfrans keçirilib.
BDU-dan Trend-ə verilən məlumata görə, tədbiri giriş sözü ilə açan universitetin rektoru, akademik Abel Məhərrəmov bildirib ki, Qoşqar Əhmədov universitetin tarixində xüsusi rol oynamış görkəmli ziyalılardan, Azərbaycan riyaziyyat elmində məktəb yaradan, özündən sonra dərin iz qoyan nadir şəxsiyyətlərdən biri olub. Onun fəaliyyəti nəticəsində Respublikamızda «Optimal idarəetmə» məktəbinin yarandığını deyən rektor, keçmiş sovetlər birliyində optimal idarəetmə sahəsində ilk elmi konfransın Bakıda bilavasitə Qoşqar Əhmədovun rəhbərliyi altında keçirildiyini, hazırda bu məktəbin nümayəndələrinin keçmiş ittifaqın müxtəlif elmi məktəblərində tanınmış mütəxəssislər oluğunu diqqətə çatdırıb. A.Məhərrəmov onu da bildirib ki, Qoşqar Əhmədovun fəaliyyətinin ən mühüm sahələrindən biri onun pedaqoji fəaliyyətidir. O, böyük alim olmaqla yanaşı, həm də gözəl pedaqoq idi, böyük ustalıqla və yüksək elmi səviyyədə adi diferensial tənliklər, variasiya hesabı və optimallaşdırılma üsülları fənlərindən, digər əsas və xüsusi kurslardan mühazirələr oxuyurdu.
“Görkəmli alim Qoşqar Əhəmədovun elmi-pedaqoji fəaliyyəti haqqında” məruzə ilə çıxış edən Mexanika-riyaziyyat fakültəsinin dekanı, professor Nizaməddin İsgəndərov bildirib ki, Qoşqar müəllim 1917-ci il oktyabrın 25-də Gədəbəy rayonunun Söyüdlü kəndində müəllim ailəsində anadan olub. 1935-1936-cı tədris ilində Bakı Dövlət Universitetinin hazırlıq şöbəsində oxuyub, 1936-cı ildə universitetin fizika-riyaziyyat fakültəsinin riyaziyyat bölməsinə daxil olub, Stalin təqaüdü ilə oxuyub, 1941-ci ildə oranı fərqlənmə diplomu ilə bitirib. 1946-cı ildə aspiranturaya daxil olan Qoşqar Əhmədov bu ildən elmi fəaliyyətə başlayıb və qeyri-xətti inteqral tənliklərin, inteqro-diferensial və operator tənliklərin həllərinin varlığı, yeganəliyi və həllin budaqlanması problemləri üzərində işləyib. 1946-cı ildən Bakı Dövlət Universitetində assistent, dosent, 1961-ci ildən isə professor işləyən Qoşqar müəllim 1958-ci ildən ömrünün sonuna qədər Diferensial və inteqral tənliklər kafedrasının müdiri olub, 1970-1972-ci illərdə Mexanika-Riyaziyyat fakültəsinin dekanı işləyib.
Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Misir Mərdanov “Qoşqar Əhmədov böyük alim və müəllim kimi” mövzusunda məruzə edib. Bildirib ki, Qoşqar müəllim böyük alim olmaqla yanaşı, həm də gözəl pedaqoq idi, böyük ustalıqla və yüksək elmi səviyyədə adi diferensial tənliklər, variasiya hesabı və optimallaşdırılma üsülları fənlərindən, digər əsas və xüsusi kurslardan mühazirələr oxuyurdu. 70-dən çox elmi əsərin müəllifi olan unudulmaz müəllimin rəhbərliyi altında 60-dan çox namizədlik və doktorluq dissertasiyaları müdafiə olunmuşdu.
Sonra Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin sektor müdiri Sülhəddin Gözəlov, Gədəbəy rayon İcra Hakimiyyətinin əməkdaşı Nicad Əliyev, BDU-nun kafedra müdirləri, akademik Yusif Məmmədov və akademik Vasif Babazadə, ailə adından isə Qoşqar Əhmədovun bacısı Gülarə Əhmədova çıxış ediblər.
Elmi konfrans işini 8 bölmədə davam etdirib. Respublika ali təhsil müəssisələrindən, AMEA-nın institutlarından, o cümlədən Türkiyə, İran, Qırğızıstan, Özbəkistan Respublikalarından daxil olmuş 180 məruzə dinlənilib.

BDU-nun Mətbuat xidməti