Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) “Qarabağ Azərbaycandır!” mövzusunda onlayn diskussiya keçirilib.
Tədbir ATMU-nun turizm biznesi kafedrasının nəzdindəki “Qarabağ turizm dərnəyi”nin təşkilatçılığı ilə reallaşdırılıb.
Kafedranın müdiri, dosent Hafiz Hüseynov 2020-ci il sentyabrın 27-də başlayan 44 günlük Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusunun yüksək döyüş əzmindən və tarixi Qələbəsindən danışıb. Eyni zamanda, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin həmin dövrdəki siyasi və diplomatik fəaliyyətini konkret faktlarla şərh edib.
Turizm biznesi kafedrasının baş müəllimi, Bakı Turizm Ekskursiya Agentliyinin direktoru Əlixan Mürvətov işğaldan əvvəlki dövrdə Qarabağa təşkil olunan səfərləri ilə bağlı xatirələrini bölüşüb. Qarabağ ərazisinə yeni turist marşrutları və ekskursiya mövzularının işlənib hazırlanmasının məqsədəuyğun olduğunu bildirib.
Sonra kafedranın müəllimi Gülşən Abbasova Qarabağın tarixi-mədəni abidələri haqqında məlumat verib.
Müzakirələrdə ATMU-nun Turizm və qonaqpərvərlik fakültəsinin dekanı, dosent Bahadur Bilalov, turizm biznesi kafedrasının əməkdaşları və Qarabağ regionu üzrə magistrant- tədqiqatçılar iştirak ediblər.
Tehsil-press.az