Koronavirus pandemiyasının qarşısının alınması məqsədilə ölkəmizdə həyata keçirilən vaksinasiya tədbirləri çərçivəsində Bakı Ali Neft Məktəbinin əməkdaşlarının COVID-19 infeksiyasına qarşı peyvənd olunması prosesi davam edir.
Mövcud pandemiya şəraitində dövlət tərəfindən planlı vaksinasiyanın aparılması “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası” ilə tənzimlənir.
Bu strategiyaya görə, təhsil sektorunda çalışanlar yüksək risk qrupuna aid olunur. Bunu nəzərə alaraq, indiyədək Ali Məktəbin əməkdaşlarından 100 nəfərdən çoxu peyvənd olunub.
Qeyd edək ki, Azərbaycanda koronavirusa qarşı vaksinasiyaya yanvarın 18-dən başlanılıb. Fevralın 8-dən isə vaksinasiyanın ikinci mərhələsinə start verilib. Pandemiyanın davam etməsini, COVID-19 xəstəliyinin insanların sağlamlığı üçün təhlükəli olmasını, qlobal səhiyyə sistemi qarşısında mühüm həyati vacib məsələlərin həll edilməli olduğunu nəzərə alaraq ÜST dünyada bu xəstəliyə qarşı mübarizə də güclü təsiredici imkana malik vaksinlərə ehtiyacın olması bəyan edilib.
Tehsil-press.az