BDU əməkdaşlarının vaksinasiyasına başlanılıb

BDU əməkdaşlarının vaksinasiyasına başlanılıb Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na əsasən bu gündən Bakı Dövlət Universitetində (BDU) əməkdaşların mütəşəkkil olaraq vaksinasiyasına başlanılıb.
BDU-nun müraciətini nəzərə alaraq İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) universitetin ərazisindəki poliklinikada səyyar vaksinasiya məntəqəsi yaradıb. Poliklinikada iki qeydiyyat, iki müayinə, iki vaksinasiya otağı ən zəruri tibbi ləvazimat və müvafiq şəraitlə təmin olunub. Vaksinasiyanı TƏBİB-in peşəkar həkim briqadası həyata keçirir.
BDU-nun əməkdaşları könüllü şəkildə məntəqəyə gələrək xüsusi karantin rejiminin tələblərinə ciddi riayət etməklə vaksinasiya olunurlar. Əməkdaşlar üçün bütün zəruri avadanlıq və şəraitlə, dezinfeksiyaedici məhlullarla təmin edilmiş gözləmə və istirahət otaqları yaradılıb.

Tehsil-press.az


Oxşar xəbərlər