Xəzər Universitetinin tələbəsi “Rəqəmsal idarəetmədə süni intellekt” Data yarışmasının qalibi oldu

Xəzər Universitetinin tələbəsi “Rəqəmsal idarəetmədə süni intellekt” Data yarışmasının qalibi oldu Elektron Hökumətin İnkişafı Mərkəzinin təşkilatçılığı ilə dünya şöhrətli alim Lütfi Zadənin xatirəsinə həsr olunan “Rəqəmsal idarəetmədə süni intellekt” konfransı çərçivəsində Data yarışması keçirilib. Xəzər Universiteti Təbiət elmləri və mühəndislik fakültəsinin kompüter elmləri ixtisasının IV kurs tələbəsi Elşən Qədimov yarışa qoşularaq 3-cü yeri tutub, 1000 manat pul mükafatı, sertifikatla təltif olunub. İlk iki yerin qalibi isə müxtəlif şirkət və qurumların mütəxəssisləri olub.
Data yarışmasında mütəxəssislərlə yanaşı, müxtəlif universitetlərin tələbələrindən ibarət 185 komanda qeydiyyatdan keçib. Yarışmanın məqsədi bu sahədə Azərbaycanda olan mütəxəssislərin aşkar edilməsi, onlarla gələcəkdə əməkdaşlığın qurulması və yeni layihələr həyata keçirilməsidir.

Tehsil-press.az

Oxşar xəbərlər