BANM-in və İstanbul Texnik Universitetinin rektorları süni intellekt ixtisasının yaradılmasını müzakirə ediblər

BANM-in və İstanbul Texnik Universitetinin rektorları süni intellekt ixtisasının yaradılmasını müzakirə ediblər Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov və İstanbul Texnik Universitetinin (İTU) rektoru, professor Mehmet Karaca arasında onlayn görüş keçirilib. Görüşdə İTU-nun prorektoru Alper Ünal, Süni İntellekt və Data Elmləri üzrə Mərkəzin müdiri Berk Canberk, beynəlxalq təhsil üzrə dekan Yılmaz Akkaya da iştirak ediblər.
Görüş zamanı BANM ilə İTU arasında tədris, süni intellekt, ikili diplom, qarşılıqlı tələbə və müəllim mübadiləsi və əməkdaşlıq perspektivləri müzakirə edilib. Kompüter mühəndisliyi, birgə akademik proqramların həyata keçirilməsi və süni intellekt ixtisasının yaradılması ətrafında fikir mübadiləsi aparılıb. Bundan başqa, onlayn tədrisin təşkili istiqamətində qarşılıqlı təcrübə mübadiləsi və dəstək barədə qərar qəbul edilib. Əldə edilən razılığa əsasən, Bakı Ali Neft Məktəbinin və İstanbul Texnik Universitetinin seçilmiş tələbələri hər iki təhsil müəssisəsinin diplomunu əldə etmək imkanı qazanacaqlar.
Qeyd edək ki, İstanbul Texnik Universiteti mühəndislik və memarlıq sahələrində ixtisaslaşmış ali təhsil məktəbidir və dünyanın qabaqcıl texniki universitetlərindən biri hesab olunur.

Tehsil-press.az

Oxşar xəbərlər