Azərbaycan Dillər Universitetində (ADU) müəllim, tələbə və əməkdaşlar arasında sosial məsuliyyətin təbliği, talassemiya və hemofiliya xəstəliyindən əziyyət çəkən insanların müalicəsinə kömək məqsədilə könüllü qanvermə aksiyası keçirilib.
Həkim nəzarətindən keçən donorların sağlamlıq durumu yoxlanıldıqdan sonra onların aksiyada iştirakına icazə verilib. Donorlar bu cür aksiyaların keçirilməsini yüksək qiymətləndiriblər və digər şəxsləri də qanvermədə fəal iştirak etməyə səsləyiblər.
İraqlı tələbə Məhəmməd Hatif də qanvermə aksiyasında könüllü iştirak edib.
Qeyd edək ki, aksiya ADU-nun, “Gənc Beynəlxalq Hüquqşünaslar” və “Universitet Təhsilli Qadınlar” ictimai birliklərinin təşkilatçılığı və Mərkəzi Qan Bankının dəstəyilə həyata keçirilib.
Tehsil-press.az