Kolumbiyada etiraz aksiyaları: ölənlərin sayı 24-ə çatdı

Kolumbiyada etiraz aksiyaları: ölənlərin sayı 24-ə çatdı Kolumbiyada vergi islahatlarına qarşı yeddi gün ərzində səngiməyən etiraz aksiyalarında həlak olanların sayı 24-ə yüksəlib, xəsarət alanların sayı 900-ü ötüb.
Etirazların episentri paytaxtın mərkəzindəki tarixi Bolivar meydanı olub. Nümayişçilər növbəti dəfə hökumətin iqtisadi siyasətinə etiraz olaraq yürüş təşkil ediblər.
Bir qrup nümayişçi Milli Konqres binasını daş atəşinə tutub. Polis etirazçıların dağıdılması üçün su şırnağı və gözyaşardıcı qazdan istifadə edib.
Daha bir genişmiqyaslı etiraz aksiyası ölkənin ikinci böyük şəhəri olan Medellində keçirilib. Minlərlə insan, əsasən tələbələr çox sayda insanın həlak olması səbəbindən hökumətin iqtisadi üsullarına və polisin hərəkətlərinə etiraz ediblər.

Tehsil-press.az


Oxşar xəbərlər