Myanmada iğtişaşlar: daha 2 etirazçı öldürüldü

Myanmada iğtişaşlar: daha 2 etirazçı öldürüldü Myanma ordusunun nümayəndələri etiraz aksiyalarının iki iştirakçısını öldürüblər və Mandalaydakı məscidi qarət ediblər.
Bu günlərdə hərbçilər çevrilişə qarşı etiraz aksiyalarına çıxmış bir qrup dövlət qulluqçusunu saxlamağa çalışıb.
Aksiya iştirakçıları ordunun hərəkətlərinə mane olmağa cəhd edib. Buna cavab olaraq, hərbçilər kütləyə atəş açıb, nəticədə iki nəfər həlak olub.
Elə həmin gün hərbçilər Mandalay məscidinə basqın edib, nəzir qutusunu qarət ediblər.
Bununla da Myanmada hərbi xunta və legitim hökumət üzvlərinin həbsinə qarşı etiraz aksiyalarına təhlükəsizlik qüvvələrinin müdaxiləsi nəticəsində həlak olanların sayı 716-ya çatıb.

Tehsil-press.az


Oxşar xəbərlər