Minanın partlaması nəticəsində 10 dinc sakin ölüb

Minanın partlaması nəticəsində 10 dinc sakin ölüb Əfqanıstanın şərqində yerləşən Host əyalətində yola basdırılmış minanın partlaması nəticəsində aralarında uşaqların da olduğu 10 dinc sakin həyatını itirib.
Əfqanıstan Daxili İşlər Nazirliyinin məlumatına əsasən, insident dekabrın 17-də səhər saatlarında Əlişir rayonunda qeydə alınıb. Ölənlərin arasında üç uşağın və iki qadının olduğu bildirilir.
Partlayış insanlar dəfn mərasimindən qayıdan zaman baş verib.
Daxili İşlər Nazirliyinin nümayəndəsi Nüsrət Rahimi hadisənin məsuliyyətini “Taliban” hərəkatının üzərinə qoyub.
Bu gün daha bir partlayış Bəhx əyalətinin Məzari-Şərif şəhərində törədilib. Hadisə nəticəsində azı 23 nəfər, o cümlədən altı polis əməkdaşı yaralanıb.

Tehsil-press.az


Oxşar xəbərlər