Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi əməkdaşlıq əlaqələrini genişləndirir

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi əməkdaşlıq əlaqələrini genişləndirir Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində “Performance Center” MMC-nin iştirakı ilə avtomobil istiqaməti üzrə peşəkar kadr hazırlığını təmin etmək məqsədilə təlimlər təşkil olunub. Təlimi müvəffəqiyyətlə başa vuran iştirakçılara mərkəz tərəfindən sertifikatlar verilib. Yüksək nəticə göstərən təlim iştirakçılarına isə şirkət tərəfindən hədiyyələr təqdim olunub.
Təltifolunma mərasiminin sonunda Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi və “Performance Center” MMC şirkəti arasında əməkdaşlıq memorandumu imzalanıb. Əməkdaşlığın başlıca məqsədi uğurlu təcrübə mübadiləsini təmin etmək, dövrün tələblərinə cavab verən və əmək bazarına uyğunlaşan mütəxəssislərin hazırlanmasında dəstək olmaq, avtomobil sahəsində məşğulluğun təmin olunması istiqamətində birgə fəaliyyət göstərməkdir.

Tehsil-press.az


Oxşar xəbərlər