Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində “Otokoç Azərbaycan” MMC və Alman-Azərbaycan Xarici Ticarət Palatası arasında görüş keçirilib.
Görüş qarşılıqlı əməkdaşlığın qurulması məqsədilə təşkil olunub.
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Rəşad Xanlarov qonaqlara mərkəz haqqında ətraflı məlumat verib, strateji inkişaf hədəflərindən danışıb. Qeyd edib ki, mərkəz istedadlıları aşkar etməyi, onların müvafiq sahədə inkişafına şərait yaratmağı, fərqli yaş qruplarından olan şəxslər üçün ömürboyu təhsil imkanları təqdim etməyi qarşısına məqsəd qoyub.
Görüş zamanı nümayəndə heyətinə mərkəzin maddi-texniki bazası, təcrübəli və ixtisaslı kadrları ilə yaxından tanış olmaq imkanı yaradılıb. Mərkəzdə çalışan mütəxəssislərlə perspektivlərə dair fikir mübadiləsi aparılıb.
Qeyd olunub ki, “Otokoç Azərbaycan” MMC ilə əməkdaşlıq peşəkarlıq səviyyəsinin artırılması ilə bağlı razılaşdırılmış ixtisaslar üzrə kadr hazırlığına və gələcək kadr ehtiyaclarının ödənilməsi töhfə verəcək.
Tehsil-press.az