Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin əməkdaşlıq əlaqələri

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin əməkdaşlıq əlaqələri Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi ilə “KKM Group” MMC arasında anlaşma memorandumu imzalanıb.
Müasir texnologiyaların tətbiqinə, informasiya texnologiyalarının inkişaf etdirilməsinə və yerli yüksəkixtisaslı mütəxəssislərin yetişdirilməsinə xidmət edən “KKM Group” MMC ilə əməkdaşlıq memorandumunun imzalanmasında başlıca məqsəd peşəkarlıq səviyyəsinin artırılması, razılaşdırılmış ixtisaslar üzrə kadr hazırlığını təşkil etmək, eləcə də gələcək kadr ehtiyaclarının ödənilməsi istiqamətində birgə fəaliyyət göstərməkdir.
Peşə mərkəzinin “KKM Group” şirkəti tərəfindən rəqəmsal marketinq istiqamətində dəstək alacağı da anlaşma çərçivəsində qarşıda duran öhdəliklərdəndir. Bu öhdəliklərə əsasən, məhsul və ya xidmətlərlə bağlı müxtəlif faydalı materiallar hazırlayaraq müştərilərlə ünsiyyət qura bilməkdə, sayt, sosial media, e-mail marketinq, TV, radio, bloq, qapalı qrup və forumlar kimi fərqli platformalar üzərindən məlumatların çatdırılması istiqamətində fəaliyyət şamil olunur.
Gələcəkdə “KKM Group” şirkətinin mütəxəssisləri tərəfindən Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində “SEO Optimizasiya”, SMM xidməti, E-poçt marketinq və məzmun marketinq istiqamətləri üzrə təlimlərin keçirilməsi də nəzərdə tutulur.

Tehsil-press.az

Oxşar xəbərlər