Peşə təhsili alan tələbələr üçün təlim-təcrübə mexanizmi yaradılması istiqamətində işlər aparılır

Peşə təhsili alan tələbələr üçün təlim-təcrübə mexanizmi yaradılması istiqamətində işlər aparılır Azərbaycan Respublikası Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi tərəfindən həyata keçirilən “Usta yanında şagirdlik” proqramı üzrə ekspertin, Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin avtomobil istiqaməti üzrə əməkdaşlıq etdiyi şirkətlərin nümayəndələrinin iştirakı ilə onlayn görüş keçirilib.
Görüşün keçirilməsində başlıca məqsəd işəgötürənlərlə sosial dialoqun yaradılması, işəgötürənlərin layihəyə dair fikirlərinin və münasibətlərinin öyrənilməsi, işəgötürənin sahəsində tələblərin müəyyənləşdirilməsi olub.
Görüş zamanı iştirakçılara layihə eksperti tərəfindən təqdimat nümayiş etdirilib. Təqdimat zamanı görüş iştirakçıları “Usta yanında şagirdlik” proqramının təsviri, layihənin məqsədləri, şirkətlər üçün üstün tərəfləri və faydaları, proqram iştirakçıları (tələbələr, işsizlər) üçün əhəmiyyəti, proqramın icrasına dair plan, nəzəri və praktik təlim modeli ilə tanış olublar.
Qeyd edək ki, “Usta yanında şagirdlik” proqramının həyata keçirilməsində əsas məqsəd peşə təhsili müəssisələrinin, işə götürənlərin və tələbə/işsizlər üçün faydalı təlim-təcrübə mexanizmi yaratmaq və həyata keçirməkdir. Bununla yanaşı, peşə təhsili müəssisələrinin tələbələrinin nəzəri biliklərini iş şəraitində möhkəmləndirməkdir. Onların seçilmiş sahələrdə iş təcrübəsi əldə etmək və əmək bazarına daxil olmaq imkanını təmin etmək nəzərdə tutulur.

Tehsil-press.az

Oxşar xəbərlər