“Müasir dövrdə effektiv idarəetmənin problemləri” respublika elmi-praktik konfransı keçirilib

“Müasir dövrdə effektiv idarəetmənin problemləri” respublika elmi-praktik konfransı keçirilib Noyabrın 30-da Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) təşkilatçılığı ilə “Müasir dövrdə effektiv idarəetmənin problemləri” mövzusunda respublika elmi-praktik konfransı keçirilib.
Tədbirdə çıxış edən ATMU-nun rektoru İlham Mədətov konfransın keçirilməsinin əsas məqsədinin müasir dövrümüzdə idarəetmə sistemində təzahür edən modernləşmə və yeni idarəetmə modellərinin, müasir vətəndaşa yönümlü, onu məmnun edən idarəetmənin qurulmasının zəruriliyini üzə çıxarmaqdan ibarət olduğunu söyləyib. Bildirilib ki, konfransa respublikanın 20 ali məktəbindən 65 məruzə təqdim edilib.
Tədbirdə müvafiq dövlət qurumlarının nümayəndələrinin müxtəlif sahələr üzrə məruzələri dinlənilib.
Sonra konfrans işini “İqtisadiyyatda müasir yanaşmalar və inkişaf tendensiyaları”, “Xidmət sektorunda idarəetmə tendensiyaları” və “Sosial sahələrin idarə edilməsi” mövzularında bölmələr üzrə davam etdirib.

ATMU-nun Mətbuat Xidməti


“Müasir dövrdə effektiv idarəetmənin problemləri” respublika elmi-praktik konfransı keçirilib


Oxşar xəbərlər