Bakıda keçirilən bədii gimnastika üzrə Dünya Kubokunda qrup hərəkətləri proqramında 3 halqa və 2 cüt gürzlə hərəkətlərdə Bolqarıstan komandası qızıl medal qazanıb.
Bolqarlar 43.150 xal toplayıb.
Bu növdə 41.900 xal toplamış İtaliya komandası ikinci olub. Belarus təmsilçilər 3 halqa və 2 cüt gürzlə hərəkətlərdə 39.850 xal toplayıblar.
Azərbaycan komandası 37.600 xal toplayaraq beşinci yeri tutub.
Qeyd edək ki, bu gün Azərbaycanın qrup hərəkətləri üzrə komandası topla hərəkətlərdə bürünc medal qazanıb. Komandanın tərkibində Ləman Əlimuradova, Zeynəb Hümmətova, Yelizaveta Luzan, Məryəm Səfərova və Darya Sorokina yer alır.
Tehsil-press.az