Xorvatiyanın sabiq prezidenti: Bakıda idman gimnastikası üzrə Dünya Kuboku mükəmməl təşkil olunub

Xorvatiyanın sabiq prezidenti: Bakıda idman gimnastikası üzrə Dünya Kuboku mükəmməl təşkil olunub Bakıda idman gimnastikası üzrə FIG Dünya Kuboku mükəmməl təşkil olunub.
Bu barədə jurnalistlərə Xorvatiyanın sabiq prezidenti (2000-2010-cu illər) Stepan Mesiç deyib.
S.Mesiç bildirib: "Mən ilk dəfədir ki, belə yarışdayam və hər şeyin mükəmməl təşkil olunmasına heyran qaldım. İlk dəfədir ki, yalnız bir idman növünə - gimnastikaya həsr olunan arena görürəm".
Dünya Kubokunun təşkil edilməsinin səviyyəsindən danışan sabiq prezident qeyd edib ki, Azərbaycanı bu məsələdə dünya çempionu saymaq olar.
Xatırladaq ki, bu gün Xorvatiya gimnastı Tin Srbiç idman gimnastikası üzrə Dünya Kubokunda turnikdə hərəkətlər üzrə ikinci yeri tutub.
Qeyd edək ki, Bakıda 14-17 mart tarixlərində Milli Gimnastika Arenasında kişi və qadın idman gimnastikası üzrə FIG Dünya Kuboku keçirilib.
Azərbaycan idmançısı Nikita Simonov halqalarla hərəkətlərdə gümüş medal qazanıb.
Dünya Kuboku Tokio-2020 Yay Olimpiya Oyunlarına vəsiqə qazanmaq istəyən gimnastlar üçün mühüm keçid rolunu oynayıb. Olimpiyadaya təsnifat xarakterli bu yarışda iştirak etmək üçün 41 ölkədən 121 kişi və 49 qadın idman gimnast qeydiyyatdan keçib.

Tehsil-press.az

Oxşar xəbərlər