Avqustun 1-dən etibarən Səudiyyə Ərəbistanında dövlət müəssisələrini, eləcə edə iqtisadi, ictimai, mədəni və digər tədbirləri koronavirus əleyhinə peyvənd sertifikatı olmadan ziyarət etmək mümkün olmayacaq.
Bu barədə krallığın Daxili işlər Nazirliyinin Tvitter səhifəsində yazılıb.
“Koronavirusla mübarizə məqsədi ilə və səlahiyyətli orqanların tövsiyələri əsasında 1 avqust 2021-ci il tarixdən etibarən istənilən dövlət və ya özəl quruma giriş, hər hansı bir mədəni, elmi, sosial və ya əyləncə tədbirlərində iştirak, ictimai nəqliyyatdan istifadə üçün vaksinasiya sertifikatının tələb olunmasına qərar verildi”, - deyə məlumatda bildirilir.
Bundan əlavə, ölkənin bütün təhsil müəssisələrində əyani təhsil, lazımi bütün epidemiya əleyhinə tədbirlərə riayət olunmaqla növbəti akademik semestrdən başlayaraq bərpa ediləcək.
Səudiyyə Ərəbistanında indiyədək 11,8 milyondan çox peyvənd dozası tətbiq olunub.
Tehsil-press.az