Bakı Dövlət Universitetinin (BDU) Ekologiya və torpaqşünaslıq fakültəsində növbəti onlayn elmi seminar keçirilib.
Seminarda Ekoloji kimya kafedrasının doktorantı Elmina Qədirova “Bəzi metal üzvi birləşmələrdən istifadə etməklə avtonəqliyyat vasitələrinin və neft emalı sənayesinin yaratdığı ekoloji problemlərin həllinin elmi əsaslarının işlənib hazırlanması” mövzusunda məruzə edib. Məruzədə mövcud ekoloji vəziyyətin təhlili verilib, bəzi metal üzvi birləşmələrdən istifadənin yaratdığı ekoloji problemlər, ətraf mühitin mühafizəsinin təkmilləşdirilməsi sahəsinin inkişaf perspektivləri kontekstində tədqiqatın nəticələri təqdim edilib.
Tədbirdə fakültənin dekanı, professor Nazim Şəmilov, Ekoloji kimya kafedrasının müdiri, professor Sevinc Hacıyeva, doktorantlar magistrlər və fakültənin digər əməkdaşları iştirak ediblər.
Tehsil-press.az