BSU əməkdaşları “Kouçluğun müəllimlik peşəsində tətbiqi” adlı beynəlxalq təlimdə

BSU əməkdaşları “Kouçluğun müəllimlik peşəsində tətbiqi” adlı beynəlxalq təlimdə Bakı Slavyan Universitetinin (BSU) məktəbəqədər və ibtidai sinif müəllimliyi fakültəsinin İbtidai təhsil kafedrasının əməkdaşları “Kouçluğun müəllimlik peşəsində tətbiqi” adlı beynəlxalq praktik təlimdə iştirak ediblər.
Təlim İsveçrənin “Swiss Academy” tərəfindən akkreditasiya olunub və elmi-praktik səviyyəsini artırmaq istəyən təhsil işçiləri üçün təşkil edilib.
Təlimdə Peşəkar Akkreditasiyalı Kouç PCC, Beynəlxalq Kouçlar Federasiyası ICF sertifikatlı, Profesional Kouç, Beynəlxalq Erickson Kouç Universitetinin təlimçisi Sənan Həsənov “Kouçluq nədir?” mövzusunda hazırladığı proqramı təqdim edib. Bildirilib ki, Kouçluq fərdi inkişaf və istədiyin, arzu etdiyin həyatı yaşamaq mövzusunda XXI əsrin ən təkmil texnologiyalarındandır.
Sonra Rusiya Federasiyasının Perm şəhərinin Kondratovskaya orta məktəbinin direktoru, Sertifikatlaşmış Kouç/Beynəlxalq Erickson Kouç Universitetinin təlimçisi Yelena Kamenskix məruzə ilə çıxış edib. Y.Komenskix “Dərsdə Kouç texnikalarını tətbiq etmək” və “Müəllim motivasiyasını artırmaq üçün refleksiv taktikalar” mövzularına dair hazırladığı təqdimatı nümayiş etdirib.
Bildirilib ki, motivasiya təlim prosesini hərəkətə gətirən və şagirdlərin idrak fəallığına təkan verən bir prosesdir. Təhsil müəssisəsində müsbət yöndə motivasiya aşılamağın əsas yolları kimi, şagirddə özünə inam duyğusu formalaşdırmaq, şagirdin maraqları nöqteyi - nəzərindən çıxış etmək, öyrənməni şagird üçün mənalı və dəyərli etmək, hər kəsin özünə uyğun hədəflər seçməsinə yardım etmək, gərəkli anlarda həvəsləndirici çalışmalar təşkil etmək, güvənini və qürur hissini gücləndirmək göstərilir.
Təlimin sonunda bütün iştirakçılara beynəlxalq dərəcəli sertifikatlar təqdim edilib.

Tehsil-press.az


Oxşar xəbərlər