Aİİ-də “Fərdi inkişaf və motivasiya” mövzusunda əməkdaşlar üçün təlim təşkil olunub

Aİİ-də “Fərdi inkişaf və motivasiya” mövzusunda əməkdaşlar üçün təlim təşkil olunub Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) təlimçi Fəxrəddin Abdullayevin təqdimatında ali təhsil müəssisəsi əməkdaşları üçün “Fərdi inkişaf və motivasiya” mövzusunda təlim təşkil olunub.
Aİİ rektoru Ceyhun Məmmədov təlim iştirakçılarını salamlayaraq, rəhbərlik etdiyi ali təhsil müəssisəsinin fəaliyyəti, elmi və mədəni inkişafı istiqamətində təşkil olunan konfrans, seminar, “dəyirmi masa”, görüş, layihə və proqramlar barədə məlumat verib. C. Məmmədov bildirib ki, İnstitut zəngin dünyagörüşünə, dərin dini və dünyəvi biliklərə, güclü şəxsiyyətə malik mütəxəssislər yetişdirilməsi ilə yanaşı, əməkdaşların inkişafı, bilik və bacarıqlarının artırılması məqsədi ilə ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirir.
Rektor gənc kadrların intellektual səviyyəsinin yüksəldilməsində və daha böyük nəticələrin əldə olunmasında bu səpkili təlimlərin xüsusi rol oynadığını nəzərə çatdırıb.
Təlimçi Fəxrəddin Abdullayev “Fərdi inkişaf və motivasiya” mövzusunda məruzə ilə çıxış edib. Motivasiya, onun faydası, gündəlik həyatda tətbiqi haqqında ətraflı məlumat verən təlimçi effektiv ünsiyyət, ondan yararlanmağın üsullarından da bəhs edib. Qeyd edib ki, motivasiya insanın performansı, işi və hədəfləri baxımından istəkli və qərarlı olduğunu əks etdirən əsas anlayışdır. Daha sonra qeyd edib ki, insanın qarşısına qoyduğu məqsədlər onun davranışına böyük təsir göstərir.
Təlim maraqlı müzakirələrlə yekunlaşıb.

Aİİ-nin Mətbuat Xidməti

Oxşar xəbərlər