Dövlət Gömrük Komitəsinin Akademiyasında X-Ray təsvirlərinin analizinə dair təhlükəsizlik sistemləri ilə bağlı "RENFUL" şirkətinin mütəxəssisləri tərəfindən keçirilən "Təlimçilərin təlimi" kursu başa çatıb.
Kursu uğurla bitirən iştirakçılara sertifikatlar təqdim olunub.
Akademiyanın rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov təlim iştirakçılarını təbrik edib. "RENFUL" şirkətinin nümayəndələrinə təşəkkür edən akademiya rəisi təlimin iştirakçılar üçün faydalı və gələcək fəaliyyətlərində səmərəli olacağına əminliyini ifadə edib.
Sonda iştirakçılara sertifikatlar təqdim olunub.
Xatırladaq ki, X-Ray təsvirlərinin analizinə dair təhlükəsizlik sistemləri ilə bağlı "RENFUL şirkətinin mütəxəssisləri tərəfindən "Təlimçilərin təlimi" kursu xüsusi karantin rejiminin şərtləri nəzərə alınmaqla akademiyada ənənəvi formada mayın 17-19-də keçirilib. Mayın 20-21-i və 24-26-da isə operator kursları keçiriləcək.
Eyni zamanda, sərhəddə xidmət aparan gömrük əməkdaşlarının xarici dil biliklərinin artırılması məqsədilə gömrük sərhəd buraxılış məntəqələrinin əməkdaşları üçün "İşgüzar ingilis dili bacarıqlarının artırılması" mövzusunda akademiyada mayın 20-dən iyunun 18-dək onlayn formada təlim başlayır.
Bununla yanaşı, gömrük orqanlarının vəzifəli şəxslərinin peşəkarlıq səviyyəsinin yüksəldilməsini təmin etmək məqsədilə mayın 17-22-də Dövlət Gömrük Komitəsinin Akademiyasının və Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin birgə təşkilatçılığı ilə "Gömrük işi sahəsində aşkar edilmiş cinayətlərin rəsmiləşdirilməsi xüsusiyyətləri və bu növ cinayətlər üzrə ibtidai araşdırma aparılmasının aktual aspektləri" mövzusunda onlayn təlim, 17 may - 30 iyun tarixlərində Gömrük Komitəsi sisteminə daxil olan gömrük orqanlarının vəzifəli şəxsləri üçün onlayn formada ixtisasartırma təlimləri davam edir.
Tehsil-press.az