Dövlət Gömrük Komitəsinin Akademiyasında “işgüzar oyun” formatında əməliyyat-taktiki təlim keçirilib

Dövlət Gömrük Komitəsinin Akademiyasında “işgüzar oyun” formatında əməliyyat-taktiki təlim keçirilib Dövlət Gömrük Komitəsinin Akademiyasında xüsusi ayrılmış “Gömrük orqanlarının texniki nəzarət vasitələri” fənn xidməti otağında gömrük orqanlarına xidmətə yeni qəbul olunmuş əməkdaşlar üçün “Narkotik vasitələrin, psixator maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə” mövzusunda “işgüzar oyun” formatında əməliyyat-taktiki təlim keçirilib.
Dövlət Gömrük Komitəsinin Kinoloji Mərkəzinin rəisi, gömrük xidməti polkovniki İlkin Osmanov, Akademiyanın əməkdaşları Şahin Hüseynov və Natiq Axundov təlimdə iştirak ediblər.
Təlim zamanı qeyd edilən təlimçilərin nəzarəti altında dinləyicilər texniki-nəzarət vasitələrindən və gömrük nəzarətinin müxtəlif formalarından - sorğular, şəxsi yoxlama və s. istifadə etməklə sərnişinlər və onların yüklərində reallığa yaxın şəraitdə qaçaqmalçılıq cinayətlərinin predmeti olan əşya, maddələrin, narkotik vasitə, odlu silah, soyuq silah və onlara aidiyyəti olan şübhəli şəxslərin aşkar olunması ilə bağlı tədris prosesində əldə etdikləri bilikləri praktiki fəaliyyətdə nümayiş etdiriblər.
Dörd saat ərzində keçirilən təlimdə xüsusi fərqlənən əməkdaşlar qeyd edilib.
Təlimin nəticələri nəzərə alınaraq əməkdaşlara elmi-nəzəri qanunvericilik və onun tətbiqi baxımından konkret tövsiyələr verilib.

DGKA-nin Mətbuat Xidməti


Dövlət Gömrük Komitəsinin Akademiyasında “işgüzar oyun” formatında əməliyyat-taktiki təlim keçirilibDövlət Gömrük Komitəsinin Akademiyasında “işgüzar oyun” formatında əməliyyat-taktiki təlim keçirilibDövlət Gömrük Komitəsinin Akademiyasında “işgüzar oyun” formatında əməliyyat-taktiki təlim keçirilibDövlət Gömrük Komitəsinin Akademiyasında “işgüzar oyun” formatında əməliyyat-taktiki təlim keçirilib

Oxşar xəbərlər