Hindistanlı mütəxəssis Raval Kalpeshkumar Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) geoloji-kəşfiyyat fakültəsinin tələbələrinə “Əməyin mühafizəsi və iş şəraitində təhlükəsizlik” mövzusunda seminar keçib.
Seminarda R.Kalpeshkumar neft və qaz sənayesində risklər, neft sahəsinin mütəxəssisləri üçün əmək fəaliyyətində təhlükəsizlik qaydaları, risk və təhlükəsizlik anlayışları, həmçinin bu sahədə dünyada baş verən qəzalar, onların aradan qaldırılması üçün nəzərdə tutulan təhlükəsizlik tədbirləri haqqında geniş təqdimatla çıxış edib.
Sonra hindistanlı mütəxəssis sualları cavablandırıb.

ADNSU-nun Mətbuat Xidməti