Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “BP yay təcrübəsi-2017” mövzusunda tədbir keçirilib.
Tədbirdə BP-nin işə qəbul üzrə məsləhətçisi Mehriban Şıxzamanova bu qurumun yay təcrübəsi proqramını elan edib. Tələbələrə təcrübə proqramı barədə məlumat verən M.Şıxzamanova müraciət qaydaları, seçim prosesi və təcrübə haqqında təqdimatla çıxış edib. O, təcrübə proqramında universitetin yalnız 2018-ci il məzunlarının iştirak edə biləcəyini vurğulayıb.
Daha sonra proqramın iştirakçısı olan tələbə Fəridə İsmayılova təqdimatla çıxış edib, qazandığı təcrübədən danışıb.
Sonda tələbələrin sualları cavablandırılıb.

ADNSU-nun Mətbuat Xidməti