“Belarusa qarşı sanksiyalar tətbiq olunacaq” - Avropa Komissiyası sədri

“Belarusa qarşı sanksiyalar tətbiq olunacaq” - Avropa Komissiyası sədri “Ryanair”ə məxsus təyyarənin Minskdə məcburi endirilməsi ilə bağlı insident qaçırılma və Avropa İttifaqının demokratiya və suverenliyinə hücumdur.
Bu barədə Avropa Komissiyasının (AK) sədri Ursula fon der Lyayen Avropa İttifaqının (Aİ) Brüsseldə keçirilmiş sammitinin birinci gününün yekunlarına dair mətbuat konfransında bildirib.
“Təyyarənin qaçırılması yekdilliklə qınandı. Bu, demokratiyaya, ifadə azadlığına və Avropanın suverenliyinə hücumdur”, - o deyib.
AK başçısı vurğulayıb ki, bu vəziyyət nəticəsiz qala bilməzdi. “Güclü cavab reaksiyası lazımdır, buna görə də biz qərara gəldik ki, yalnız fiziki şəxslərə qarşı deyil, həm də biznesə və rejimi maliyyələşdirən iqtisadi şirkətlərə qarşı sanksiyalar tətbiq olunacaq”, - o qeyd edib.
Qeyd edək ki, Aİ Şurası təyyarənin məcburi endirilməsindən sonra saxlanılan “Nexta” ve “Belarus Golovnogo Mozga” teleqram kanallarının rəhbərləri Roman Protaseviçlə Sofiya Sapeqinin dərhal sərbəst buraxılmasını və onların hərəkət azadlığının təmin olunmasını tələb ediblər.

Tehsil-press.az


Oxşar xəbərlər