Ermənistanda parlament seçkiləri qabağı gərginliyin yenidən artması təsadüf deyil. Gərginlik məqsədli surətdə artırılır. Unutmamalıyıq ki, Qarabağ klanının hələ də erməni ordusu içərisində mövqeləri güclüdür.
Politoloq Tofiq Zülfüqarov mayın 24-dən 26-nadək Azərbaycan Ordusunun Kəlbəcər və Gədəbəy rayonlarında yerləşən mövqelərinin Ermənistanın Geqarkunik vilayəti ərazisindəki düşmən mövqelərindən fasilələrlə atıcı silahlardan atəşə tutulması haqda danışarkən deyib.
O bildirib ki, cəbhədə baş verən insidentlər seçkilərlə bağlıdır:
“Qarabağ klanı seçkiqabağı ordu daxilindəki nüfuzundan istifadə edərək süni gərginliklər yaratmağa, bu yolla da daxili auditoriyaya təsir etməyə çalışır.
Mahiyyət etibarilə baş verən gərginlik növbəti məkrli planın tərkib hissəsidir. Belə ki, Ermənistan yenidən münaqişə yaradıb, digər oyunçuları regiona gətirmək istəyir. Bildiyiniz kimi, 10 noyabr bəyanatının heç bir bəndində sərhədlə bağlı nəsə yoxdur. Rəsmi İrəvan bundan istifadə edərək sərhəddə gərginlik yaradır və birinci mərhələdə Rusiyanın mandatını və müşahidəçilərini gərginlik olan ərazilərə yerləşdirməyə cəhd edir.
Digər tərəfdən, Ermənistan bu yolla uzun müddətdir fəaliyyətsiz qalan ATƏT-in Minsk Qrupunun həmsədrlərini də yenidən aktivləşdimək istəyir. Məsələ ondadır ki, həmsədrlər uzun müddətdir prosesə qoşulmaq istəyirdi. Rəsmi Bakı isə münaqişənin bitdiyini əsas gətirərək həmsədrlərin regiona gəlişini istəmirdi. İrəvan bu yolla başqa gücləri bölgəyə cəlb edərək həm də Zəngəzur dəhlizinin reallaşmasını ləngitmək niyyətindədir”.
T. Zülfüqarov onu da qeyd edib ki, baş verən gərginliyin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın regiona gözlənilən səfəri ilə heç bir əlaqəsi yoxdur.
Tehsil-press.az