Həmsədrlərdən Dağlıq Qarabağ münaqişəsi ilə bağlı növbəti bəyanat

Həmsədrlərdən Dağlıq Qarabağ münaqişəsi ilə bağlı növbəti bəyanat Dağlıq Qarabağ münaqişəsində atəşkəs rejiminə əməl olunması gələcəkdə danışıqların davam etdirilməsi üçün zəruri olan etimad mühitinin yaradılması üçün mühüm əhəmiyyət kəsb edir.

Təhsil-press.az-ın məlumatına görə, bu barədə ATƏT Minsk qrupunun həmsədrlərinin regiona səfərinin yekunları ilə bağlı bəyanatında deyilir.
Qeyd olunur ki, həmsədrlərin regiona səfəri zamanı iki ölkənin liderləri ilə görüşlərdə prezidentlər münaqişənin siyasi yolla həlli üçün danışıqlar prosesinin davam etdirilməsinə sadiq qaldıqlarını bildiriblər.
Həmsədrlər səfir Anji Kaspşikin missiyasının daimi dəstəyinin və onun genişləndirilməsinin prinsipial əhəmiyyətini vurğulayıblar.

Təhsil-press.az

Oxşar xəbərlər