Ukraynanın Tailanddakı səfiri Andrey Beştanın cəsədi Ko-Lipe adasında oteldə tapılıb.
“Associated Press” agentliyinin Krallıq polisinə istinadla yaydığı məlumata görə, cəsədin üzərində zorakılıq əlamətləri aşkarlanmayıb.
Beşta səhər saat 5:30 radələrində otel otağında ölü tapılıb. Səfirin oğlu bildirib ki, atası axşam özünü yaxşı hiss edirdi. Saat 4:30-da zəhərlənmə simptomları ilə yuxudan oyanan diplomat bir qədər sonra huşunu itirib. Onun cəsədi yerli xəstəxanada yarılıb, sonra ölümün səbəblərinin daha dəqiq öyrənilməsi üçün Bankonqdakı polis hospitalına aparılıb.
Andrey Beştanın 45 yaşı vardı və o, 2015-ci ildə Ukraynanın Tailandda səfiri təyin olunmuşdu.
Tehsil-press.az