Təhsil Nazirliyi yay məktəbi təşkil edəcək

Təhsil Nazirliyi yay məktəbi təşkil edəcək Təhsil Nazirliyi yay məktəbi təşkil edəcək.
Bununla bağlı təhsil naziri Emin Əmrullayev feysbuk səhifəsində paylaşım edib. Nazir bildirib ki, Təhsil Nazirliyi tərəfindən iyun ayında yay məktəblərinin təşkilinə dair keçirilmiş sorğuda 44 faiz iştirakçı bu təşəbbüsü dəstəkləyib. “Şagirdlərimizin pandemiya dövründə üzləşdikləri çətinlikləri aradan qaldırmaq üçün 16-30 iyun tarixlərində ödənişsiz və könüllü əsaslarla ümumi təhsil müəssisələrində 2 həftəlik yay məktəbləri təşkil ediləcək. Pandemiya dövründə "itirilmiş öyrənmə"ni bərpa etmək üçün digər təşəbbüslərimiz də olacaq. Sorğuda iştirak etdiyiniz üçün təşəkkür edirəm”, - deyə paylaşımda bildirilir.
Xatırladaq ki, Təhsil Nazirliyi yay məktəbinin təşkili ilə bağlı sorğu keçirirdi.

Tehsil-press.az


Oxşar xəbərlər