Təhsil Nazirliyi sorğu keçirir

Təhsil Nazirliyi sorğu keçirir Təhsilin keyfiyyətinə müxtəlif amillər təsir edir. Təhsil Nazirliyi üçün bu amillərin prioritetləşdirilməsi olduqca vacibdir. Bu məqsədlə geniş təhsil ictimaiyyətinin (müəllimlər, valideynlər, təhsil işçiləri) fikrini öyrənmək üçün sorğu keçirilir.
Bu barədə təhsil naziri Emin Əmrullayev "facebook" hesabında məlumat paylaşıb.
Məlumatda qeyd edilib ki, sorğudakı bəndlərin hər biri təhsil prosesinin keyfiyyətli təşkili baxımından mühüm əhəmiyyətə malikdir. Seçilən bəndi rəy bölməsinə qeyd etməklə, yaxud keçidə daxil olmaqla sorğuda iştirak etmək olar.

Tehsil-press.az


Oxşar xəbərlər