Təhsil Nazirliyi təhsilin keyfiyyətinə təsir edən amillərin prioritetləşdirilməsi ilə bağlı sorğu keçirir.
Bu barədə təhsil naziri Emin Əmrullayev öz feysbuk səhifəsində yazıb.
O qeyd edib ki, təhsilin keyfiyyətinə təsir edən amillərin müəyyənləşdirilməsi məqsədilə geniş təhsil ictimaiyyətinin (müəllimlər, valideynlər, təhsil işçiləri) fikrini öyrənmək faydalıdır:
“Keyfiyyətli təhsil üçün sorğu yaradılıb. Sorğudakı bəndlərin hər biri təhsil prosesinin keyfiyyətli təşkili baxımından mühüm əhəmiyyətə malikdir. Seçdiyiniz bəndi rəy bölməsinə qeyd etməklə, yaxud keçidə daxil olmaqla sorğuda iştirak edə bilərsiniz”.
Tehsil-press.az