Azərbaycan Texniki Universitetinin professoru beynəlxalq telekörpüdə iştirak edib

Azərbaycan Texniki Universitetinin professoru beynəlxalq telekörpüdə iştirak edib Faşizm üzərində Qələbənin 76-cı ildönümünə həsr olunmuş onlayn beynəlxalq telekörpü keçirilib.
Telekörpüdə Azərbaycan, Rusiya, Belarus, Tacikistan, Türkmənistan, Qırğızıstan, Özbəkistan və Qazaxıstandan nümayəndələr iştirak edib. Tədbirdə ölkəmizi Azərbaycan Texniki Universitetinin (AzTU) Radiotexnika və telekommunikasiya kafedrasının professoru Tofiq Mansurov təmsil edib.
Telekörpü iştirakçıları öz ölkələrində yaşayan Böyük Vətən müharibəsi veteranlarının sayı, Sovet İttifaqı Qəhrəmanı adı almış vətəndaşları haqqında məlumat verib.
Tədbirdə belə görüşlərin mütəmadi keçirilməsinin zəruriliyi qeyd edilib.

Tehsil-press.az


Oxşar xəbərlər