Universitetləri tələbələri telekörpüdə görüşüblər

Universitetləri tələbələri telekörpüdə görüşüblər Bakı Slavyan Universitetinin (BSU) Belarus dili və mədəniyyəti mərkəzi ilə Maksim Tank adına Belarus Dövlət Pedaqoji Universitetində yerləşən Azərbayan dili və mədəniyyəti mərkəzi arasında telekörpü yaradılıb. Qarşılıqlı fikir mübadiləsi əsasında qurulan telekörpüdə BSU-nun Belarus dili və mədəniyyəti mərkəzinin müdiri Albina Seyidova mərkəzin fəaliyyətindən söz açıb. Mərkəz müdiri qeyd edib ki, mərkəzin 2010-cu ildə baş tutan təntənəli açılışında Belarusiya Respublikasının Prezidenti Aleksandr Lukaşenko iştirak edib. Mərkəzin əsas vəzifəsi Azərbaycan və Belarusiya respublikaları arasında mədəni əlaqələri inkişaf etdirmək, hər iki ölkənin mədəniyyətinə, təhsilinə, maarifinə və elminə gənclərin marağını artırmaqdır.
Telekörpüdə iştirak edən BSU-nun elmi işlər üzrə prorektoru, professor Rafiq Novruzov bu görüşü Azərbaycanla Belarus Respublikası arasında qurulan dostluq münasibətlərinin bir nümunəsi kimi qiymətləndirib. Prorektor BDPU və BSU arasında tələbə mübadiləsi, BSU-da belarus dili üzrə kadr hazırlığı barədə məlumat verib. Belə görüşlərin əməkdaşlığın yüksək səviyyədə inkişafına daha da möhkəm zəmin yaradacığını vurğulayıb.
BDPU-nun Azərbayan dili və mədəniyyəti mərkəzinin müdiri Salatın Mirzəyeva mərkəzin 2009-cu ildə Bakı Slavyan Universiteti tərəfindən yaradıldığını deyib. S.Mirzəyeva Azərbaycan dilinin, mədəniyyətinin, ölkəmizin ənənləri və tarixinin təbliği istiqamətində BDPU-da görülən işlərdən söz açıb, öz həmvətənlərini görməkdən məmnun qaldığını bildirib.
BDPU-nun Beynəlxalq əlaqələrin idarəetmə şöbəsinin müdiri Svetlana Kobaçevskaya, filologiya fakültəsinin tədris üzrə dekan müavini Yelena Jiganova belarus tələblərin Azərbaycan dili və mədəniyyətinə, adət-ənənələrinə olan böyük marağından danışıblar.
Sonra BSU-nun Azərbaycan multikulturalizmi kafedrasının əməkdaşı Mayya Səfərəliyeva, Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsinin tələbəsi Viktoriya Fokena Azərbaycanda hökm sürən tolerant mühit və multikultural dəyərlərin əhəmiyyətindən söz açıblar. BDPU-nun tələbəsi Leyla Məhərrəmovanın da “Azərbaycan multikulturalizm tarixi” mövzusunda məruzəsi dinlənilib.
Telekörpü vasitəsilə BSU tələbələri ilə BDPU tələbələrini maraqlandıran suallar cavablandırılıb. BSU-nun tələbələri Viktoriya Uxvatova və Yelizaveta Silakovanın ifasında belarus dilində şeir və mahnı səsləndiriblər. Eyni zamanda BDPU-nun tələbəsi İlona Sapronoviç hər kəsi salamlayaraq B.Vahabzadənin “Mənim anam” şeirini Azərbaycan dilində səsləndirib.
Görüşün sonunda BDPU-nun tələbələri “Uzundərə” rəqsini telekörpü vasitəsi ilə nümayiş etdiriblər. Milli rəqsimizin belarus tələblər tərəfindən bu cür məharətlə nümayişi hər kəs tərəfindən maraqla qarşılanıb.

BSU-nun Mətbuat xidməti


Universitetləri tələbələri telekörpüdə görüşüblərUniversitetləri tələbələri telekörpüdə görüşüblərUniversitetləri tələbələri telekörpüdə görüşüblər

Oxşar xəbərlər