Azərbaycan Texniki Universitetində (AzTU) “Zəfər torpağı” mövzusunda onlayn tədbir keçirilib.
Tədbirdə çıxış edən prorektor İsa Xəlilov Vətən müharibəsində qazanılan şanlı Qələbənin xalqımızın birliyini və ordumuzun gücünü dünyaya sübut etdiyini vurğulayıb. Qeyd edib ki, işğaldan azad olunmuş ərazilərin bərpasında “ağıllı şəhər”, “ağıllı kənd” konsepsiyası əsasında formalaşdırılmış layihələrə üstünlük veriləcək. Eyni zamanda, bu yerlərdə logistika imkanları yaranır. Bütün bunlar isə AzTU-nun profili ilə birbaşa bağlıdır.
Sonra Tədqiqat və inkişaf şöbəsinin aparıcı mühəndisi, ehtiyatda olan polkovnik İslam Hüseynov, Vətən müharibəsi zamanı Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı və Laçın uğrunda döyüşlərdə iştirak edən AzTU-nun tələbələri - qazi Zahir Əvəzli, müharibə iştirakçıları Növrəs İbadov və Adil Minayev Azərbaycan Ordusunun Vətən müharibəsində göstərdiyi şücaətdən danışıblar.
Tədbir tələbələrin şanlı Qələbəyə həsr etdikləri bədii hissə ilə davam edib.
Sonda universitetin ictimai həyatında fəal iştirak edən tələbələr fəxri fərmanla mükafatlandırılıb.
Tehsil-press.az