UNEC-in professoru beynəlxalq konfransda Azərbaycan-Rusiya iqtisadi əməkdaşlığından danışıb

UNEC-in professoru beynəlxalq konfransda Azərbaycan-Rusiya iqtisadi əməkdaşlığından danışıb Dağıstan Dövlət Universitetinin İqtisadiyyat fakültəsinin təşkilatçılığı ilə “İqtisadiyyatın transformasiyası şəraitində biznes strukturlarının idarə edilməsi” mövzusunda beynəlxalq konfrans keçirilib.
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Maliyyə və maliyyə institutları kafedrasının professoru Elnur Sadıqov konfransda iştirak edib.
E.Sadıqov tədbirdə Rusiya ilə Azərbaycan arasında idxal və ixrac əməliyyatlarının maliyyələşdirilməsi, eləcə də Dağıstanla Azərbaycanın iqtisadi əməkdaşlığının müasir vəziyyəti və perspektivlər barədə məruzə ilə çıxış edib.
Çıxışdan sonra iştirakçılar məruzə ilə bağlı müzakirələr aparıblar. Müzakirələrdə hər iki ölkənin maliyyə-ticarət əlaqələrinin daha da təkmilləşdirilməsi uçun təkliflər səsləndirilib, UNEC ilə Dağıstan universitetləri arasında əməkdaşlığın yeni istiqamətlərdə inkişafının zəruriliyi bildirilib.

Tehsil-press.az

Oxşar xəbərlər