Rusiya və Ukraynanı müzakirə etdilər

Rusiya və Ukraynanı müzakirə etdilər ABŞ Prezidentinin Milli Təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan Almaniya Kanslerinin xarici siyasət məsələləri üzrə məsləhətçisi Yan Hekkerlə Rusiyanı, Ukraynanı və Avropa ölkələrinin enerji təhlükəsizliyini müzakirə edib.
Bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.
“Onlar Yeddi Qrup (G7-red.) liderlərinin qarşıdakı görüşü və NATO sammiti, Avropanın enerji gələcəyinin təhlükəsizliyini təmin etmək əhəmiyyəti, həmçinin Rusiya, Ukrayna, İran, Sahel regionu və Qərbi Balkanların daxil olduğu xarici siyasət prioritetləri haqqında danışıblar”, - sənəddə deyilir.
Bundan başqa, Ağ Evdə qeyd ediblər ki, hər iki hökumətdən olan ekspertlər “Şimal Axını-2” boru kəmərini müzakirə ediblər.
Eyni zamanda, ABŞ Prezidentinin Milli Təhlükəsizlik məsələləri üzrə müşavirinin müavini Dalip Sinqh Almaniya Kanslerinin iqtisadi siyasət üzrə məsləhətçisi Lars-Hendrik Ryollerlə görüşüb və onunla bir sıra iqtisadi məsələləri, o cümlədən Yeddi Qrup liderlərinin qarşıdakı görüşünün məqsədlərini, vaksin dozlarının paylanılması, məcburi əmək, pandemiyadan sonra iqtisadiyyatın bərpası, eləcə də 5G şəbəkələrinin təhlükəsizliyi müzakirə edib.

Tehsil-press.az


Oxşar xəbərlər