Dünyada koronavirusla bağlı son vəziyyət

Dünyada koronavirusla bağlı son vəziyyət Dünyada son bir gündə koronavirusa 371 mindən çox yoluxma qeydə alınıb.
Son məlumata əsasən bir gün ərzində infeksiyaya yoluxma ilə bağlı 371 489 hal qeydə alınıb, COVID-19-dan 8 745 pasiyent ölüb. Beləliklə, dünyada COVID-19-a yoluxma hallarının ümumi sayı 170 812 850, ölüm hallarının sayı 3 557 586 təşkil edir.
Təhlükəli virusa ən çox yoluxma ABŞ-da qeydə alınıb. Bu ölkədə 32 942 677 nəfər virusa yoluxub. Siyahıda daha sonra Hindistan (28 307 832) və Braziliya (16 545 554) gəlir.

Tehsil-press.az



Oxşar xəbərlər