Qərbi Kaspi Universitetinin müəllimləri Günay Mustafayeva psixologiya, Günel Bahaddinova fizika, Nigar Bağırova menecment ixtisası üzrə bilik və təcrübələrini bir həftə ərzində rumıniyalı tələbələrlə bölüşüblər. Azərbaycanlı müəllimlər “Erasmus+” mübadilə proqramı çərçivəsində Pitesti Universitetinin metodiki təcrübəsi ilə də tanış olublar.Qeyd edək ki, beynəlxalq əməkdaşlıq, iki və çoxtərəfli layihələr baxımından uzunmüddətli təcrübəyə malik olan Qərbi Kaspi Universitetinin beynəlxalq şəbəkəsi 200-dən artıq təhsil müəssisəsini əhatə edir. Hazırda “Erasmus+” və “Mövlanə” mübadilə layihələri çərçivəsində bu ali təhsil ocağının tələbələri dünyanın aparıcı universitetlərində təhsil ala bilirlər.
Sifai SƏFƏROVA













