Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Azİİ Elektron Kitab Evində Milli Məclisin deputatı, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədovun “Cəmiyyət, şəxsiyyət, təhsil, din” kitabının təqdimatı keçirilib.
Onlayn formatda keçirilən tədbirdə rektor Mustafa Babanlı nəşrin aktuallığından danışıb. Qeyd edib ki, kitabda Azərbaycanın dövlətçilik ənənələrinə, yeni dövr Azərbaycan tarixinə, dövrün görkəmli şəxsiyyətlərinin fəaliyyətinə geniş yer verilib. Nəşrdə, həmçinin dini təhsilin tarixindən, xalqımıza qarşı yönəlmiş erməni vəhşiliklərindən və Azərbaycan Ordusunun qazandığı uğurlardan bəhs edilib.
Azİİ Elektron Kitab Evinin direktoru Səlahət Mahmudova, Humanitar fənlər kafedrasının dosenti Faiq Əliyev çıxışlarında yeni kitabın oxucular üçün dəyərli vəsait olduğunu, eyni zamanda, bu nəfis kitabın müəllimlər, tələbələr və geniş auditoriya üçün nəzərdə tutulduğunu diqqətə çatdırıblar.
Ceyhun Məmmədov qeyd edib ki, kitabda toxunulan hər bir mövzu ciddi araşdırmalar və təhlillər əsasında qələmə alınıb.
Tehsil-press.az