ADNSU: Professor Fariz Əmirovun kitabları təqdim olunub

ADNSU: Professor Fariz Əmirovun kitabları təqdim olunub Noyabrın 5-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Azİİ Elektron Kitab Evində Kimya-texnologiya fakültəsinin Üzvi maddələr və yüksək molekullu birləşmələrin texnologiyası kafedrasının müdiri, professor Fariz Əmirovun kitablarının təqdimatı keçirilib.
Tədbirdə Azİİ Elektron Kitab Evinin direktoru Səlahət Mahmudova təqdimatı keçirilən “Polimer və rezin tullantılarının təkrar emalı və istifadəsi monoqrafiyası”, “Səthi aktiv maddələrin sintezinin texnologiyası” kitablarının əhəmiyyətindən danışıb.
Professor Fariz Əmirov əsərləri haqqında ətraflı məlumat verib.
Sonra Y.H.Məmmədəliyev adına Neft-kimya Prosesləri İnstitutunun professoru, kimya üzrə elmlər doktoru Münəvvər İbrahimova, ADNSU-nun Kimya-texnologiya fakültəsinin dekanı, professor Sevinc Məmmədxanova, professor Kərəm Şıxəliyev və digər çıxış edənlər təqdim olunan nəşrlərlə bağlı fikirlərini bölüşüblər.

ADNSU-nun Mətbuat Xidməti


ADNSU: Professor Fariz Əmirovun kitabları təqdim olunub

Oxşar xəbərlər