Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Azİİ e-Kitab Evində “Ekologiya mühəndisliyinin neft sənayesindəki müasir problemləri” kitabının təqdimatı keçirilib.
Tədbirdə universitetin elmi işlər üzrə prorektoru Rauf Əliyarov, qaz-neft mədən, kimya-texnologiya, iqtisadiyyat və menecment fakültələrinin professor-müəllim heyəti və tələbələr iştirak ediblər.
Tədbirdə çıxış edən AZİİ e-Kitab Evinin direktoru Səlahət Mahmudova kitab haqqında iştirakçılara məlumat verib.
Kitabın müəllifləri neft-qaz mühəndisliyi kafedrasının dosenti Cahangir Axundov, neft-kimya texnologiyası və sənaye ekologiyası kafedrasının müdiri, professor Ələkbər Həsənov, iqtisadiyyat və menecment fakültəsinin müəllimi Vidadi Axundov bakalavr və magistrlər üçün nəzərdə tutulan dərslik haqqında fikirlərini bildirib və onun tələbələr üçün əhəmiyyətindən danışıblar.
Sonra müzakirələr aparılıb, kimya-texnologiya fakültəsinin dekanı professor Sevinc Məmmədxanova və digər iştirakçılar çıxış edərək kitabla bağlı fikirlərini bölüşüblər.

ADNSU-nun Mətbuat Xidməti