“Vikipediya” könüllüləri təltif olunublar

“Vikipediya” könüllüləri təltif olunublar Azərbaycanda “Vikipediya” platformasının inkişafında göstərdiyi xidmətlərə görə, bu sahə üzrə mütəxəssis, diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk, “Qorqud” Vikipediya Metodik Klubunun eksperti Ayxan Zayıdzadə, Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasının əməkdaşı Nuray Tanrıverdiyeva Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov tərəfindən Fəxri fərmanla təltif olunublar.
Bu barədə “Vikipediya” üzrə mütəxəssis, diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk məlumat verib.
Raqif Abbasov “Vikipediya” könüllülərini təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. “Bu gün müasir dünyamızda “Vikipediya” platformasının əhəmiyyəti böyükdür. Həm informasiya, həm də reallıqlarımızın çatdırılması nöqteyi-nəzərindən “Vikipediya” uğurlu qlobal resursdur. Vətən müharibəsində “viki” könüllülərin fəaliyyəti göz qarşısında idi. Onlar informasiya cəbhəsinin əsgərləri idilər. Hazırda da “Vikipediya”nın xarici dil bölmələrində Azərbaycana aid məqalələrin yaradılmasını müşahidə edirik. Bu cür gənclərimizin fəallığı qürurvericidir”, - deyə R.Abbasov qeyd edib.

Tehsil-press.az


Oxşar xəbərlər