Gənc tarixçilər “Vikipediya”ya öz töhfələrini verəcəklər

Gənc tarixçilər “Vikipediya”ya öz töhfələrini verəcəklər Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Tarix fakültəsinin yeni qrupu Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxanasının (MEK) “Vikipediya” Metodik Mərkəzinin təlimlərində iştirak edəcəklər.
Bununla bağlı kitabxanada görüş keçirilib.
Görüşdə çıxış edən MEK-in direktor müavini Elnur Eltürk ADPU-nun Azərbaycan tarixi kafedrasının müəllimi Oğuz Məmmədlinin ilk gündən bu təlimlərə böyük dəstək verdiyini bildirib.
“Təlimlərdə iştirak edən tələbələr “Vikipediya”nın Azərbaycan dili bölməsində tarixi mövzularda məqalələrin yaradılması və redaktəsinə öz töhfələrini verəcəklər. Birinci qrup “Vikipediya”da uğurlu fəaliyyət göstərir. Bu qrupun fəal olacağına inanıram”,- deyə E.Eltürk qeyd edib.
Oğuz Məmmədli tələbələrin “Vikipediya”da məqalələrin yaradılmasına böyük maraq göstərdiklərini bildirib: “Əminəm ki, universitetimizin tələbələri “Vikipediya”da tarix haqqında olan bölməni daha da zənginləşdirəcək və bu sahədə olan boşluqların aradan qaldırılmasına öz töhfələrini verəcəklər”.

ADPU-nun Mətbuat Xidməti

Oxşar xəbərlər