Azərbaycan Diaspor Könüllüləri üçün növbəti “Vikipediya” təlimləri

Azərbaycan Diaspor Könüllüləri üçün növbəti “Vikipediya” təlimləri Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin Azərbaycan Diaspor Könüllülərinin növbəti qrupu Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasının (MEK) onlayn “Vikipediya” təlimlərində iştirak ediblər.
Təlimlər kitabxananın təlimçisi Nuray Tanrıverdiyeva tərəfindən keçirilib.
Xatırladaq ki, xüsusi karantin rejimində onlayn “Vikipediya” təlimlərində iştirak etmək üçün Azərbaycan Diaspor Könüllülərindən 7 qrup formalaşdırılıb. Ümumilikdə onlayn təlimində 20-dən çox könüllü iştirak edəcək.
Könüllülər təlimlərdən sonra “Vikipediya”nın Azərbaycan və xarici dil bölmələrində fəaliyyət göstərəcəklər.

Tehsil-press.az

Oxşar xəbərlər