Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində 309 ümumi təhsil məktəbi, 3 xüsusi ümumi orta məktəb və 5 əyani-qiyabi axşam məktəbi olmaqla, ümumilikdə 317 məktəb və 5 Uşaq-Gənclər İnkişaf Mərkəzi fəaliyyət göstərir. 2020-2021-ci tədris ilində BŞTİ-nin tabeliyindəki məktəblərdə 456 min 76 şagirdin təlim-tərbiyəsi ilə 28 min 167 müəllim məşğul olub. BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinin I siniflərində 44 min 847 şagird təhsil alıb.
2020-2021-ci tədris ilində paytaxtdakı məktəblərdə IX sinifləri 34 min 874, XI sinifləri 20 min 24, XII sinifləri isə (əyani-qiyabi tam orta məktəb və qiyabi sinifləri) 146 nəfər başa vurur.
Məlumat verilib ki, tədris ilində Bakı şəhəri üzrə 4 ümumi təhsil müəssisəsində 86 şagird inklüziv təhsilə cəlb edilib. Həmçinin “2018-2024-cü illərdə Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı”na əsasən, məqsədyönlü işlər görülüb, bu sahədə müəllimlərin üzərinə düşən vəzifələr müəyyənləşdirilib. İdarənin tabeliyindəki 187 məktəbdə sağlamlıq imkanları qismən məhdud uşaqlarla tam sağlam uşaqların eyni sinifdə oxuduğu 709 təmayül sinif fəaliyyət göstərib.
2020-2021-ci tədris ilində paytaxtdakı ümumi təhsil müəssisələrində “Sağlam təhsil-sağlam millət” layihəsinin davamlılığı da təmin edilib.
Layihə çərçivəsində 2020-2021-ci tədris ilində paytaxtdakı 39 ümumi təhsil müəssisəsində 170 “Sağlam təhsil” sinfi, 20 məktəbdə isə 26 “Sağlam təhsil” məktəbəhazırlıq qrupu fəaliyyət göstərib. 305 ümumi təhsil müəssisəsində “Kiçik akademiya”nın fəaliyyəti təmin olunub. Dərs ilində paytaxtdakı 77 ümumi təhsil məktəbində STEAM layihəsi tətbiq edilib.
2020-2021-ci tədris ili üçün Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələri üzrə müəllimlərin işə qəbulu və yerdəyişməsi müsabiqəsinə 1739 vakansiya təqdim olunub. Müsabiqə və müsahibələr nəticəsində 2020-2021-ci tədris ilində 1600 nəfər işə qəbul olunub. Bunlardan 760 nəfər müəllimlərin işə qəbulu müsabiqəsinin müddətli müqavilə ilə işə qəbul üzrə elektron yerləşdirmə prosesi nəticəsində, 580 nəfər müddətli müqavilə əsasında çalışan müəllimlərin daimiləşmə prosesi nəticəsində, 260 nəfər müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin dəyişməsi prosesi nəticəsində işə qəbul olunub. 2020-2021-ci tədris ili üçün Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində çalışan müəllimlərin orta aylıq əməkhaqqı 702 manat təşkil edib.
2020-2021-ci tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələri üzrə 16 min 40 şagirdin elektron sistem (sy.edu.az) vasitəsilə yerdəyişməsi aparılıb.
Müxtəlif səbəblərdən əvvəlki illərdə ümumi orta (IX) və tam orta (XI) təhsil səviyyələrini başa vura bilməyən şəxslər üçün 2020-2021-ci tədris ilində təşkil edilən onlayn eksternat imtahanlarında ümumilikdə 316 nəfər iştirak edib. Onlardan 250 nəfəri imtahanın nəticələrinə görə müvəffəq olub.
Tədris ilində paytaxt məktəbliləri beynəlxalq bilik yarışlarında da ölkəmizi uğurla təmsil ediblər. Rumıniyada təşkil olunan 37-ci Balkan Riyaziyyat Olimpiadasında Bakı şəhəri 2 nömrəli texniki-humanitar liseyin şagirdi Elçin Musazadə və 220 nömrəli məktəb-liseyin şagirdi Yusif Qasımov bürünc medal qazanıblar. Sankt-Peterburqda keçirilən 61-ci Beynəlxalq Riyaziyyat Olimpiadasında 220 nömrəli məktəb-liseyin şagirdi Yusif Qasımov həvəsləndirici sertifikata layiq görülüb. Qazaxıstanın Almatı şəhərində fizika, riyaziyyat və informatika fənləri üzrə onlayn XVII Beynəlxalq Jautıkov olimpiadasında (IZhO) paytaxt məktəbliləri ölkəmizi uğurla təmsil ediblər. Belə ki, riyaziyyat fənni üzrə 220 nömrəli məktəb-liseyin XI sinif şagirdi Yusif Qasımov gümüş medal, 72 nömrəli məktəb-liseyin X sinif şagirdi Cavad İsmayılzadə, 117 nömrəli tam orta məktəbin XI sinif şagirdi Rüstəm Təhməzov bürünc medal qazanıb. İnformatika fənni üzrə isə 269 nömrəli tam orta məktəbin XI sinif şagirdi Amin Cəlilov bürünc medal qazanıb. Bakı şəhəri 249 nömrəli tam orta məktəbin şagirdi Aydın Süleymanlı Monteneqronun Nikşiç şəhərində keçirilmiş “Vladimir Bato Kontiç” turnirində 9 turdan 6,5 xal toplayaraq yarışın qalibi olub. İstedadlı məktəbli bu nəticə ilə həm də qrossmeyster balını toplayıb. BŞTİ-nin tabeliyindəki 82 nömrəli tam orta məktəbin IX sinif şagirdi Selcan Əbdürəhmanlı Latviyanın paytaxtı Riqa şəhərində üzgüçülük idman növü üzrə keçirilən “Tokio 2020” Yay Olimpiya Oyunlarına lisenziya xarakterli beynəlxalq yarışda II yeri tutub və gümüş medala layiq görülüb. “Microsoft” şirkəti tərəfindən təşkil olunmuş “Imagine Cup Junior” virtual süni intellekt hakatonunda ölkəmizi Bakı şəhəri 267 nömrəli məktəb-liseyin informatika müəllimi Sənubər Məmmədovanın rəhbərliyi ilə 5 nəfərlik komanda - Bakı şəhəri 27 nömrəli tam orta məktəbdən Elnur Məmmədli, Fizika, riyaziyyat və informatika təmayüllü liseydən Rza Hüseynov və Səid Süleymanov, 287 nömrəli “Zəkalar liseyi”ndən Fərid Əzizov və Şahmar Ağayev təmsil ediblər. Yunanıstan, Xorvatiya, Bolqarıstan, Rusiya və Rumıniyadan olan şagirdlərin də iştirak etdiyi tədbirdə komandamız II yerə layiq görülüb.
2020-2021-ci tədris ili ərzində Bakı məktəbliləri idman sahəsində də ciddi nailiyyətlərə imza atıblar. Paytaxt məktəbliləri idmanın müxtəlif növləri üzrə beynəlxalq və respublika yarışlarında 112 qızıl, 89 gümüş, 97 bürünc olmaqla, ümumilikdə 298 medal əldə ediblər.
Təhsildə inkişaf və innovasiyalar üzrə V qrant müsabiqəsi çərçivəsində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki təhsil müəssisələri üzrə 211 layihə qeydiyyatdan keçib. Onlardan 147-si fərdi, 64-ü isə ümumi təhsil kateqoriyası üzrə müəyyən olunub. 123 ümumi təhsil məktəbində “Rəqəmsal bacarıqlar” layihəsi həyata keçirilib. Layihədə Bakı şəhəri üzrə 950 müəllim və 83 min 700 şagird iştirak edib. Layihə çərçivəsində VI sinif şagirdlərinin informatika fənninə olan marağının müəyyənləşdirilməsi məqsədilə qiymətləndirmə imtahanı da keçirilib. İdarənin tabeliyindəki ümumi təhsil müəssisələrinin 12 şagirdi isə “Sabahın alimləri” X Respublika Müsabiqəsinin qalibi olub. Müsabiqənin ölkə mərhələsinin nəticələrinə görə, paytaxt məktəblilərindən 1-i I yerə, 3-ü II yerə, 8-i isə III yerə layiq görülüb. “Sabahın alimləri” X Respublika Müsabiqəsinin nəticələrinə əsasən, BŞTİ-nin tabeliyindəki 260 nömrəli tam orta məktəbin şagirdləri Beynəlxalq Elm və Mühəndislik Sərgisində Azərbaycanı təmsil etmək hüququ qazanıb.
Ölkədə təhsilin əlçatanlığının təmin edilməsi məqsədilə “Virtual məktəb” layihəsi həyata keçirilib. Teledərslərin interaktivliyini təmin etmək və məsafədən tədris imkanlarını genişləndirmək məqsədilə həyata keçirilən “Virtual məktəb” layihəsi çərçivəsində BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəbləri üzrə 447 min 843 şagird və 29 min 293 müəllim qeydiyyatdan keçib. “Virtual məktəb” layihəsinin həyata keçirilməsində səmərəli fəaliyyətinə, müəllim və şagirdlərə göstərdiyi dəstəyə görə BŞTİ tərəfindən 9 müəllim “Təşəkkürnamə”yə layiq görülüb.
“Virtual məktəbdə bir gün” layihəsinin davamı kimi “Onlayn dərs” müsabiqəsi təşkil edilib. Müsabiqəyə ümumilikdə 193 onlayn dərs nümunəsi təqdim olunub. Onlardan 12-si qalib olub, 11-i isə fərqlənən dərs kimi qiymətləndirilib. Qaliblər BŞTİ tərəfindən diplom və hədiyyələrlə mükafatlandırılıb.
Ümumi təhsil bazasında təhsilalanların müxtəlif peşələr üzrə ilkin bilik və bacarıqlara yiyələnməsini təmin etmək, peşə ixtisasları barədə məlumatlandırılmaqla əmək bazarına, eləcə də peşə təhsilinə hazırlanması məqsədilə paytaxt üzrə 5 məktəbdə - 117, 120, 234, 274, 293 nömrəli tam orta məktəblərdə peşə təmayüllü siniflərin fəaliyyəti genişləndirilib.
“Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq paytaxtda təhsil işçilərinin 82 faizi vaksinasiya prosesinə qoşulub.
Qeyd olunub ki, koronavirus (COVID-19) pandemiyası və 2020-ci ilin payız aylarındakı hərbi vəziyyətlə bağlı tədris prosesində fasilələr yarandı. Bu fasilələrin fəsadlarının aradan qaldırılması, 2020-2021-ci tədris ilinin əhəmiyyətli hissəsinin distant (məsafədən) formada təşkili nəzərə alınaraq iyunun 16-dan 30-dək ümumi təhsil müəssisələrində yay məktəbi təşkil olunacaq. Ödənişsiz və könüllülük əsasında təşkil olunan yay məktəbində dərslərin sayı və qrafiki şagirdlərin yaş xüsusiyyətləri nəzərə alınmaqla müəyyən edilib. Təhsil Nazirliyinin birbaşa tabeliyində olan ümumi təhsil müəssisələrinin I-X sinif şagirdlərinin iştirak etdiyi yay məktəbində I-IV siniflərdə tədris həftədə 5 dəfə gündə 3 saat, V-X siniflərdə isə həftədə 5 dəfə gündə 3-4 saat olmaqla təşkil olunması nəzərdə tutulur.
Tehsil-press.az