Tələbələrin pedaqoji təcrübəsi yekunlaşıb

Tələbələrin pedaqoji təcrübəsi yekunlaşıb Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Elmi şurasının qərarı ilə təsdiq edilmiş 2020/2021-ci tədris ilinin yaz semestrində təcrübənin təşkilinə dair qaydalara əsasən universitetdə pedaqoji təcrübə təşkil edilib.
4513 tələbə pedaqoji təcrübədə iştirak edib. COVID-19 pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə ümumtəhsil müəssisələrinə girişə məhdudiyyətin qoyulması ilə əlaqədar, təcrübənin ənənəvi şəkildə təşkili mümkün olmayıb və pedaqoji təcrübənin distant təşkilini təmin etmək məqsədilə “Microsoft Teams” platformasında metodistlər, pedaqoq və psixoloqlar da daxil edilməklə ixtisaslar üzrə təcrübəçi tələbələrin komandaları yaradılıb. Metodistlər üçün gündəlik dərs qrafiki tutulub və dərslər (distant formada) keçirilib. Təcrübənin onlayn keçirilməsini nəzərə alaraq tələbələrin yerinə yetirdikləri işlərin və qiymətləndirməyə təqdim etdikləri sənədlərin həcmi 50 faizə qədər azaldılıb.
Distant dərslər zamanı tələbələrə pedaqoji təcrübənin zəruri əhəmiyyəti, qaydaları haqqında məlumat verilib, nümunəvi dərslər keçirilib, müxtəlif fənlərə aid videodərslər nümayiş etdirilib, sınaq dərsləri üçün icmal və planların hazırlanması istiqamətində metodiki kömək göstərilib.

Tehsil-press.az

Oxşar xəbərlər