Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində (ADPK) məsafədən tədris yüksək səviyyədə qurulub.
2019/2020-ci tədris ilinin yaz semestrindən COVID-19 pandemiyası ilə əlaqədar olaraq kollecdə tədrisin onlayn təşkilinə başlanılıb. Artıq bu gün tələbələrin 96 faizi, müəllimlərin isə 100 faizi onlayn tədris prosesinə qoşulub. İnternet resurslarından istifadəni təmin etmək məqsədilə kollecdə müvafiq infrastruktur yaradılıb və müəllimlərin aktiv şəkildə dərslərə qoşulmaları təmin edilib.
Kollecdə distant təhsilin təşkili və daha da təkmilləşdirilməsi məqsədilə “Moodle” tədrisin idarə olunması sistemi və “Microsoft Teams” platformaları birgə tətbiq edilir. “MS Teams” platforması onlayn rejimdə müəllim və tələbələrin birgə təmas qurmaları üçün unikal imkan yaradır. “Moodle” platformasının əsas üstünlüyü isə tədris prosesində kurs materialları, çalışma və tapşırıqların istənilən vaxt əlçatan olması, vaxt itkisinin qarşısının alınması, tədris mühitinin asanlıqla və günün tələblərinə uyğun qurulmasıdır.
Tehsil-press.az