Fevralın 15-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Təcrübə Komissiyasının geniş tərkibdə iclası keçirilib. İclasda ADPU-nun rektoru, professor Cəfər Cəfərov, Tədris Departamentinin direktoru, dosent Sənan Əliyev, direktor müavini, dosent Ənvər İmanov, Təcrübə rəhbəri Qəmər Qəribova, Təcrübə Komissiyasının üzvləri, metodika, pedaqogika və psixologiya kafedralarının müdirləri, fakültə üzrə tərcübə rəhbərləri, ixtisaslar üzrə metodistlər, pedaqoqlar, psixoloqlar iştirak ediblər. İclasda pedaqoji təcrübə rəhbərlərinə metodiki təlimat və tövsiyələrin verilməsi məsələsi müzakirə edilib.
İclası giriş sözü ilə açan Tədris Departamentinin direktoru, dosent Sənan Əliyev bildirib ki, pedaqoji təcrübə tələbələrin həyatında mühüm mərhələdir. Tələbələr tədris prosesi zamanı əldə etdikləri bilik və bacarıqları pedaqoji təcrübədə sınaqdan keçirirlər. Pedaqoji təcrübə tələbə-gənclərin müəllim kimi formalaşmasına səmərəli təsir edir. Çıxışında ADPU-da 2018-2019-cu tədris ilinin yaz semestrində əyani və qiyabi təhsilalma formaları üzrə keçiriləcək pedaqoji təcrübə ilə bağlı görülmüş işlərdən danışan dosent S.Əliyev qeyd edib ki, cari tədris ilinin ilk semestrində fakültə və kafedra müdirləri, filial direktorları ilə təcrübə keçəcək tələbələrin və məktəblərin siyahısı dəqiqləşdirilib. Fevralın 18-də təcrübə başlayır. Bu il ADPU-nun 3822 nəfər tələbəsi pedaqoji təcrübə keçəcək. Onlardan 2463 nəfər ali təhsilin bakalavriat səviyyəsində təhsil alan tələbələrdir. Ali təhsilin magistratura səviyyəsində 397 nəfər elmi-pedaqoji təcrübə keçəcək. ADPU-nun filiallarının 799 nəfər tələbəsi, Davamlı təhsil və təlim şöbəsinin 163 nəfər tələbəsi pedaqoji təcrübə keçəcək. ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin tələbələri pedaqoji təcrübənin ikinci mərhələsinə başlayırlar. ADPK-də pedaqoji təcrübə 20 həftə müddətində, II mərhələdə keçirilir, birinci hissəsi keçirilib. Pedaqoji təcrübənin keçirilməsi ilə bağlı Təhsil Nazirliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Bakı Şəhər İcra Hakimiyyəti, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və bəzi özəl müəssələrlə razılıq əldə edilib, üçtərəfli müqavilələr hazırlanıb. Bir neçə ikitərəfli müqavilələrin tərtibi ilə əlaqədar işlər başa çatdırılıb. Universitetimizin tələbələri Təhsil Nazirliyinin 7 tam orta məktəbində, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 79 tam orta məktəbində, Bakı Şəhər İcra Hakimiyyətinin 10 uşaq bağçasında, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 10 müəssisəsində və 2 özəl müəssisədə təcrübə keçəcəklər.
Tədris Departamentinin direktor müavini, dosent Ənvər İmanov "Pedaqoji təcrübə gündəliyinin tərtibinə dair tövsiyələr" adlı metodik vəsait haqqında məlumat verib. Qeyd edib ki, Ümumi pedaqogika kafedrasında hazırlanmış bu vəsait pedaqoji təcrübə zamanı gündəlik tərtib etmək üçün təcrübəçi tələbələrə metodik kömək göstərmək məqsədilə hazırlanıb. Tələbələrin pedaqoji təcrübədə olduqları məktəbdə təlim və tədris fəaliyyətinə nəzarət, əldə edilən nəticələrin qeydiyyatının aparılmasına dair sənəd təcrübəçi tələbələrin fəaliyyətinin pedaqoji təcrübə rəhbəri, təcrübə başa çatdıqdan sonra isə universitet rəhbərliyi tərəfindən qiymətləndirilməsi üçün əsas sənəddir. Vəsait həm də 14 həftəlik (70 gün) pedaqoji təcrübə müddətində təcrübəçi tələbənin yazdığı fərdi planında nəzərdə tutulan işlərin yerinə yetirilməsində başlıca sənəddir. Pedaqoji təcrübə rəhbərləri fəaliyyətlərini bu sənədin tələblərinə əsasən qurmalıdırlar.
Təcrübə rəhbəri Qəmər Qəribova, Ümumi psixologiya kafedrasının müdiri, professor Ramiz Əliyev, İbtidai təhsilin pedaqogikası və metodikası kafedrasının müdiri, dosent Yaqut Rzayeva , Ədəbiyyat və onun tədrisi metodikası kafedrasının dosenti Fəxrəddin Yusifov çıxış edərək pedaqoji təcrübənin tələbələrin əldə etdikləri bilik və bacarıqların aşkara çıxarılmasında mühüm rol oynadığını bildiriblər və tələbələrə uğurlar arzulayıblar.

ADPU-nun İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi