Dövlət Gömrük Komitəsinin Akademiyasında Özbəkistanın Daşkənd Gömrük İnstitutunun (DGİ) ali menecment kurslarının, ixtisasartırma fakültəsinin dinləyiciləri olan zabitlər və gömrük əməkdaşları üçün növbəti onlayn distant mühazirələr təşkil edilib.
Daşkənd Gömrük İnstitutunun müraciəti əsasında təşkil olunan mühazirələrdə azərbaycanlı mütəxəssislər müvafiq sahələrdə təcrübələrini özbəkistanlı həmkarları ilə bölüşüblər.
“Zoom” platforması üzərindən təqdim edilən tədbirin əvvəlində Dövlət Gömrük Komitəsinin Mərkəzi Gömrük Ekspertizası İdarəsinin rəisi, gömrük xidməti polkovniki Təyyar İbrahimov özbəkistanlı dinləyicilərə təqdim olunan mühazirələrin aktuallığından söz açıb və bu istiqamətdə ekspert laboratoriyalarının fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə aparılan işlərə diqqət çəkib. İdarə rəisi iki ölkənin gömrük orqanlarının strukturları arasında yaradılan əməkdaşlıq əlaqələrinin vacibliyini qeyd edib.
Dövlət Gömrük Komitəsinin Texnoloji və mexaniki avadanlıqların ekspertizası şöbəsinin baş eksperti, gömrük xidməti baş leytenantı Günay Yunusova “Gömrük sərhədindən keçirilən malların təhlükəsizliyinin təminatının mövcud sisteminin analizi”, Əqli mülkiyyət obyektlərinin, emal prosedurları altında malların və mənşə ölkəsinin ekspertizası şöbəsinin rəisi, keyfiyyət meneceri, gömrük xidməti mayoru Arzu Nəcəfova “Beynəlxalq ISO IES 17025:2017 standartı əsasında gömrük ekspertizası laboratoriyalarının fəaliyyətinin təkmilləşdirilməsi” mövzusunda məruzə ilə çıxış ediblər.
Qeyd edək ki, bu mühazirələr Özbəkistan Dövlət Gömrük Komitəsinin Azərbaycan Dövlət Gömrük Komitəsinə müraciəti əsasında, hər iki ölkənin hökumətləri arasında 1996-cı il mayın 27-də imzalanmış “Gömrük işlərində əməkdaşlıq və qarşılıqlı yardım haqqında Razılaşma”ya müvafiq olaraq keçirilir.
Tehsil-press.az